Estoniyanın ərazi iddiaları qəbuledilməzdir Rusiya

27.01.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Estoniyanın Pskov vilayətinin Peçor rayonu ilə bağlı Rusiyaya qarşı ərazi iddiaları tamamilə qəbuledilməzdir".

"Unikal" xəbər verir ki, bunu  Rusiyanın Tallindəki müvəqqəti işlər vəkili Kamran Əbilov "RİA Novosti" agentliyinə müsahibəsində deyib. 

Əbilov bildirib ki, "Pskov vilayətinin Peçora rayonu Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Buna görə də, Rusiyaya qarşı ərazi iddiaları təşkil edən təxribatçı hücumlar tamamilə qəbuledilməzdir".

Xatırladaq ki, ötən ilin dekabrın 26-da beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə ekspert və politoloq Adam Bernard Peçora bölgəsindən olan insanların doğulduğu yer kimi "Rusiya Federasiyası" əvəzinə "Estoniya" yaza biləcəklərini açıqlamışdı. 

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью