Estoniyanın keçmiş Baş naziri Siim Kallas vəfat edib

22.08.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Estoniya İslahat Partiyasının qurucusu və ölkənin keçmiş Baş naziri Siim Kallas 77 yaşında vəfat edib.

Xarici KİV-in məlumatına görə, onun ölümünü qızı, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas açıqlayıb. 

Kaja Kallas atasının ölüm xəbərini sosial şəbəkədə paylaşdığı foto ilə duyurub.

"Dərin kədərlə bildirirəm ki, əziz atam bu gecə vəfat edib", - deyə o yazıb.

Siim Kallas 2002-2003-cü illərdə Estoniyanın Baş naziri olub. O, 1994-cü ildə İslahat Partiyasının yaradıcılarından biri olub, 2004-2014-cü illərdə isə Avropa Komissiyasının sədr müavini və komissarı vəzifələrində çalışıb. (ERR)

Onun ölüm səbəbi açıqlanmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью