Estoniyanın yeni səfiri XİN də

04.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.

Görüş zamanı səfir Tiina Nirk etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan ilə Estoniya arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan ilə Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Komissiyanın növbəti iclasının keçirilməsinin əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verəcəyini qeyd ediblər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью