Estonlar Qəbələyə 26 futbolçu ilə gələcək adlar

05.11.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Estoniya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Slovakiya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Yurgen Henn C liqasının I qrupu çərçivəsində noyabrın 16-da Qəbələdə Azərbaycan, 19-da isə Trnavada Slovakiya millisinə qarşı baş tutacaq matçlara 26 futbolçu dəvət edib.

Qapıçılar: Karl Yakob Hein (“Real Valyadolid”, İspaniya), Matvey İqonen (“Botev”, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”);
Müdafiəçilər: Karol Mets (“Sankt Paulu, Almaniya), Yoonas Tamm (“Botev”, Bolqarıstan), Marten Kuusk (“GKS Katovitse”, Polşa), Maksim Paskotsi (“Qrasshopper”, İsveçrə), Rasmus Peetson, Mixael Şenninq-Larsen (hər ikisi “Levadiya”), Mixail Lilander, Yosep Saliste (hər ikisi “Payde”);
Yarımmüdafiəçilər: Vlasi Sinyavski (“Slovaçko”, Çexiya), Martin Miller (“Bohemians, İrlandiya), Markus Poom (“Şemrok Rovers”, İrlandiya), Mixkel Aynsalu, Yoan Yakovlev (hər ikisi “Levadiya”), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Markus Soomets, Danil Kuraksin (hər ikisi “Flora”), Martin Vetkal (“Brommapoykarna”, İsveç), Kevor Palumets (HJK, Finlandiya), Patrik Kristal (“Payde”);
Hücumçular: Sergey Zenyov (“Flora”), Henri Anier (“Li Man”, Honkonq), Aleks Mattias Tamm (“Nomme Kalyu”), Robi Saarma (“Payde”).

Qeyd edək ki, Azərbaycan – Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Böyük beşlik, Əsas xəbərlər “Barselona”nın prezidenti bu turnirin keçirilməsinə qarşıdır

18 Oktyabr 2024, 10:29

Əsas xəbərlər, Ölkə futbolu Qələbəni unudanlar

16 Oktyabr 2024, 10:08

Dünya futbolu, Əsas xəbərlər Millətlər Liqası: 1/4 finala vəsiqə təmin edildi

15 Oktyabr 2024, 10:47

Əsas xəbərlər, Ölkə futbolu Onlara çatılmayacaq – milli D Liqasına doğru

15 Oktyabr 2024, 8:26

Dünya futbolu, Əsas xəbərlər Millətlər Liqası: Türkiyə və Almaniyadan qələbə

15 Oktyabr 2024, 0:56

Böyük beşlik, Əsas xəbərlər Yamalın son durumu

14 Oktyabr 2024, 10:06

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью