Estonlarla 11ci duel üstünlük rəqibdədir

14.11.2024

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millisi UEFA Millətlər Liqasının V turunda noyabrın 16-da Estoniya ilə qarşılaşacaq.

FutbolPress“in məlumatına görə, yığma buna qədər bu rəqiblər 11 dəfə üz-üzə gəlib. Görüşlərin 8-i yoldaşlıq, 3-ü isə rəsmi matçlara təsadüf edib.

Duellərdə üstünlük estonlardadır. Azərbaycan yığması duellərin 4-də uduzub, 5-də heç-heçə edib. 2 görüş isə millimizin qələbəsiylə başa çatıb. Komandalar arasındakı son beş matçda hərəyə 2 qələbə qazanılıb, 1 matç isə “sülh”lə başa çatıb.

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu mövsüm Estoniya səfərindən məğlub ayrılıb. Ötən ay Tallində baş tutan qarşılaşmada millisi 1:3 hesablı məğlubiyyətə üzülüb.

Ümumiyyətlə, Azərbaycan yığmasının ev sahibi qismində keçirilən 3 matçda estonlar qələbə qazana bilməyib. Milli 1 dəfə meydanı sevinclə tərk edib, 2 görüşdə isə bərabərlik qeydə alınıb.

Noyabrın 16-da Qəbələ şəhər stadionunda baş tutacaq Azərbaycan – Estoniya oyununa 18:00-da start veriləcək.

Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Estoniya ilə yanaşı, İsveç və Slovakiya ilə də mübarizə aparır. 4 turdan sonra aktivində xal olmayan yığma sonuncu sıradadır. Estoniya isə 3 xalla 3-cüdür.

Kamil Əhməd

Əsas xəbərlər, Ölkə futbolu İslandlara da uduzduq

13 Noyabr 2024, 16:19

Əsas xəbərlər, Ölkə futbolu Estoniyalı: “Futbol oynamağı bilirik”

12 Noyabr 2024, 12:27

Əsas xəbərlər, Ölkə futbolu Santuş jurnalistlərin önünə çıxacaq

9 Noyabr 2024, 13:39

Əsas xəbərlər, Ümumi idman Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək

7 Noyabr 2024, 15:53

Əsas xəbərlər, Ölkə futbolu Millinin rəqibinin heyəti bilindi

6 Noyabr 2024, 17:28

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan – Estoniya: biletlər satışda

4 Noyabr 2024, 12:42

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью