Ət bahalaşıb: Quş əti isə.. QİYMƏTLƏR VİDEO

21.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dünya bazarında ət bahalaşıb

Dünya bazarında mal ətinin 1 kiloqramı 6,2 dollar olub. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin bülletenində açıqlanıb.

Məlumat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 yanvar 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.

Ötən aydan dünya bazarında mal ətinin qiymətində qeyri-sabitlik müşahidə olunur.

Dekabrda Avropa bazarında qoyun ətinin 1 kiloqramı isə 9,6 dollara satılıb. Bu, əvvəlki aya nisbətən 2.3% bahalaşma deməkdir, yəni ət bahalaşıb.

2024-cü ilin dekabr ayında quş ətinin dünya bazar qiyməti son bir ilin ən yüksək həddinə çatıb. 1 kiloqram quş əti 3,9 dollar olub. Quş əti 26 % bahalaşıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью