Ət bazarında qiymətlərin sabit saxlanması çətindir Ekspert

23.10.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ət bazarında qiymətlərin inzibati qaydada sabit saxlanılması asan deyil, çox çətindir. Amma istehsalın artırılması və xərclərin azaldılması hesabına qiymət artımı tempini zəiflətmək və daha stabil bazar yaratmaq mümkündür".

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli bildirib. Ekspert vurğulayıb ki, 

qiymətlərin tənzimlənməsi üçün əsas yol bazara birbaşa müdaxilə deyil, istehsal zəncirinin gücləndirilməsidir: "Yem bazasını genişləndirmək, heyvandarlıq təsərrüfatlarını modernləşdirmək lazımdır. Eyni zamanda,, məhsuldarlığın artırılması və logistika xərclərinin azaldılması da vacibdir".

A.Nəsirlinin sözlərinə görə, hazırda ölkədə daxili tələbatın böyük hissəsinin yerli istehsal hesabına ödənilməsi müsbət göstəricidir. Yem asılılığı, artan xərclər və struktur problemləri tanamilə aradan qaldırılsa qiymət sabitliyi üçün risk də qalmaz".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью