Ət qiymətləri ilə bağlı nazirdən açıqlama

25.09.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Azərbaycanda kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramının icrasına start verilib.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Nazirin sözlərinə görə, proqram çərçivəsində əsas hədəflərdən biri kənd təsərrüfatı məhsullarının, eləcə də ət istehsalının artırılmasıdır.

Məmmədov qeyd edib ki, ət istehsalında artım təmin olunduqca bazarda qiymətlərin də daha sabit olması gözlənilir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью