Ət və yumurta istehsalı artdı

20.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda 2026-cı ilin ilk 10 ayında ət və yumurta istehsalı artsa da, yun və barama istehsalında azalma qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə diri çəkidə 504,5 min ton ət, 1883,9 min ton süd, 1993,1 milyon ədəd yumurta, 14,1 min ton yun və 155,8 ton barama istehsal olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2,5 faiz, yumurta istehsalı 0,9 faiz artıb. Süd istehsalı əvvəlki ilin səviyyəsində qalıb. Online alış-veriş

Bunun əksinə, yun istehsalı 3,4 faiz, barama istehsalı isə 16,5 faiz azalıb.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью