“Etalon hospital”da əməliyyat olunan qadın ölüb

15.03.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

"Unikal" Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью