Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Əvvəlcə qonaqlar təlim poliqonunda bölmələr tərəfindən enerji daşınması üzrə kritik infrastruktur obyektlərinin mühafizəsi və müdafiəsi, ehtimal olunan təhdidlərə və asimmetrik qüvvələrdən qaynaqlanan təhlükələrə qarşı icra edilən fəaliyyətləri izləyiblər.
Sonra Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin yekunlaşması münasibətilə bağlanış mərasimi keçirilib.
Çıxış edənlər bildiriblər ki, təlim zamanı nümayiş etdirilən sıx əməkdaşlıq və yüksək əzmkarlıq qarşıya qoyulan məqsədlərin uğurla icrasına və regional tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verib.
Mərasimin sonunda təlim iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.
XQ