“Eternity 2026” təliminin əsas planlaşdırma konfransı keçirilib

16.07.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən ölkəmizdə icra olunacaq “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçirilib.

XQ Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, cari ilin noyabr ayında baş tutacaq təlimdə üç ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Dəmir Yollarının əməkdaşları da iştirak edəcəklər.

Qeyd edək ki, təlimin planı iştirakçı ölkələrin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.

Konfransda təlimin mövzusu, məqsədləri, birgə qərargahın tərkibi, ərazidə icra olunacaq taktiki epizodlar və digər təşkilati məsələlər müzakirə olunub.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью