“Eternity 2026” təliminin iştirakçıları Zəfər Parkını ziyarət ediblər

18.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

“Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin iştirakçıları Bakı şəhərində Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər Parkını ziyarət ediblər.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gəzinti zamanı qonaqlar Azərbaycan Ordusunun 44 günlük döyüş yolu və parkın memarlıq xüsusiyyətləri ilə yaxından tanış olublar.

Bununla yanaşı, ziyarətçilərə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью