Əti bu yerlərdən alanlara VACİB MƏLUMAT

14.09.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

İstehlakçının aldığı ətin mənşəyini geriyə doğru izləyərək heyvanın yetişdirildiyi təsərrüfata qədər müəyyənləşdirmək mümkündür.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm rol oynayır. Heyvan doğulduğu andan etibarən fərdi identifikasiyası aparılır və onunla bağlı məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Toyuqlu pizza

Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri və digər məlumatların izlənilməsi təmin edilir. Bu isə heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətini izləməyə imkan verir.

AQTA-nın məlumatına görə, identifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, eləcə də heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir.

Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların fərdi identifikasiyası təşkil edir.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью