Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ətin xırtıldayan, ləzzətli və içərisinin yumşaq qalması üçün yüksək temperaturda qızardılması, əvvəlcədən qurudulması və bişənə qədər çevrilməməsi əsas şərtdir.
Düzgün nəticə əldə etmək üçün bu qaydalara əməl edin:
Otaq temperaturunda saxlayın: Əti soyuducudan çıxardıqdan dərhal sonra tavaya qoymayın. 15-20 dəqiqə gözlədin ki, otaq temperaturuna çatsın. Bu, ətin bərabər bişməsini təmin edir.
Tamamilə qurudun: Əti yuduqdan sonra mütləq kağız salfetlə qurulayın. Nəm ət tavadakı istiliyi buxara çevirir və ət qızarmaq əvəzinə pörtlənir.
Tavanı qızdırın: Tavanı və ya qrili yağlamadan əvvəl yüksək odda yaxşıca qızdırın.
Ədviyyatları sonda əlavə edin: Əti tavaya qoymazdan əvvəl duzlamayın. Ətin suyunu qaçırmamaq üçün duzu və istiotu qızartma prosesinin ortasında və ya sonunda əlavə edin. Qızartmazdan əvvəl rozmarin, kəklikotu kimi ədviyyatlarla marinad etmək isə həm dad verir, həm də qızarma prosesində zərərli maddələrin yaranmasını azaldır.
Tez-tez çevirməyin: Əti tavaya qoyduqdan sonra hər tərəfini 4-6 dəqiqə qızardın və qızılı qabıq əmələ gələnə qədər tez-tez çevirməyin.
Leyla
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Düzgün nəticə əldə etmək üçün bu qaydalara əməl edin: