Etibar Babayev “İlin Qızıl Adamları” mükafatına layiq görülüb

27.01.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Etibar Babayev İstanbulda Türk dünyasının siyasət, media, akademik dairələr və biznes sahələrindən tanınmış simalarını bir araya gətirən 22-ci Beynəlxalq İpək Yolu “İlin Qızıl Adamları” mükafatının təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, mərasimdə uzun illərdir Türk dünyasına mədəniyyət, ictimai diplomatiya, ideya və media sahələrində töhfələr verən şəxslər təltif edilib.

Onların arasında Azərbaycanın ATV kanalının vitse-prezidenti, veteran jurnalist Etibar Babayev də var. O, 75 illik yubiley fəxri mükafatı ilə təltif edilib.

Mükafatı AK Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu təqdim edib. Təqdimat zamanı Etibar Babayevin təkcə Azərbaycan mətbuatına deyil, həm də bütün türk dünyasının ortaq yaddaşına və intellektual irsinə verdiyi uzunmüddətli töhfələr vurğulanıb. 

İpək Yolu İctimai Diplomatiya və İqtisadi Əməkdaşlıq Təşkilatının prezidenti Dr. Seyfullah Türksoy deyib ki, yarım əsrdən çox davam edən karyerası boyunca Etibar Babayev təkcə jurnalistika ilə məşğul olmayıb, həm də türk dünyasının ortaq yaddaşını, tarixi şüurunu və mədəni dəyərlərini gələcək nəsillərə ötürüb.

Onun yazıları, yetişdirdiyi jurnalistlər və tutduğu mövqe türk dünyası mətbuatı üçün davamlı bir məktəb təşkil edir. Ona verilən 75 illik yubiley fəxri mükafatı bu böyük xidmətlərin təbii bir etirafıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью