Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? 34 milyonluq qalmaqal | Icma.az
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"TexnikaBank" ASC-nin Müşahidə Şurasının sədri və sahibi olmuş Etibar Əliyev "Zamin Bank" ASC-dən götürdüyü krediti hələ də ödəməyib.
Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, 2012-ci ildə həbs edilən Etibar Əliyev krediti azadlığa çıxandan sonra götürüb.
Bu məsələdə ona keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yardım etdiyi bildirilir.
İddialara görə, Eldar Mahmudovun tapşırığı ilə Mərkəzi Bankın o zamankı sədri Elman Rüstəmov mülkləri qarşılığında Etibar Əliyevə 34 milyon manat kredit ayrılması qərarı verir.
Lakin qanunvericiliyə görə Mərkəzi Bank kredit vəsaitini birbaşa ayıra bilmədiyi üçün proses "ZaminBank" ASC vasitəsilə həyata keçirilir.
Sonradan Etibar Əliyev ödənişləri yubadır və 2016-cı ildə "ZaminBank" ASC də bağlandığı üçün vəsaiti qaytarmaqdan ümumiyyətlə imtina edir.
Nəticədə Etibar Əliyevin dövlətə ödəməli olduğu vəsait "ZaminBank” ASC-nin sahibi olmuş Nadir İsmayılovun üzərində qalır.
Tam oxu
Xəbəri oxu