Etibar Əliyevdən televiziyalara sərt irad

16.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Eks-deputat, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev Azərbaycan televiziyalarının fəaliyyəti və informasiya mübarizəsində media resurslarının roluna dair fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, Etibar Əliyev bu barədə sosial media hesabında paylaşım edib. O, jurnalist Mir Şahin Ağayevin “TV uduza bilməz! Uduzmağa haqqımız yoxdur” fikrinə diqqət çəkərək Azərbaycan televiziyalarının vətəndaşlara uduzduğunu bildirib:

“Mir Şahin Ağayev yazır: “Erməni mənbələri daha çox bloqer paylaşımlarını tirajlayırlar. Etiraf edək ki, ABŞ-ın, Fransanın Azərbaycandakı təmsilçilərini, elə Hindistanın səfirini və yalançı “tarix məxəzini” də ustalıqla işıq üzünə çıxarmağı Kamran Razmovar kimi bloqer bacardı”. Sezar pizza

Ustad jurnalistin “TV uduza bilməz! Uduzmağa haqqımız yoxdur” fikri ilə razılaşmamaq olmur. Azərbaycan televiziyaları Azərbaycan vətəndaşlarına uduzub. Səbəb-nəticə əlaqələri bəllidir. Nədən bizim televiziyalarda ingilis və rus dillərində elmi-populyar, siyasi verilişlər yoxdur? Ölkədə bu dilləri bilən kifayət qədər savadlı adamlar var.

Diplomatların Qarabağa səfərinin təhlili və bundan əndişələnən erməni revanşistlərinə cavablar televiziyalar vasitəsilə, iki dildə verilsəydi, ermənilər daha çox narahat olardılar”.

Etibar Əliyev daha sonra 1988-ci ildə akademik Ziya Bünyadovun Elm qəzetində dərc olunan “Poçemu Sumqait?” məqaləsini xatırladıb. Onun sözlərinə görə, həmin yazı Ermənistanda geniş rezonans doğurub və bir sıra erməni akademikləri Ziya Bünyadova cavab verməyə çalışıblar:

“Yaxşı yadımdadır. 1988-ci ildə akademik Ziya Bünyadovun Elmlər Akademiyasının Elm qəzetində dərc olunmuş “Poçemu Sumqait?” məqaləsi bütün Ermənistanı çalxalamışdı. 5-6 erməni akademiki Ziya Bünyadova cavab verməyə cəhd göstərmişdilər, lakin alınmamışdı. Ziya müəllim ermənilərin tarixi keçmişində bizə qarşı məqsədli və qərəzli yazılmış yalançı tarixləri ifşa etmişdi.

O vaxtlar yalnız qəzet və ağ-qara televizor var idi. İnformasiya müharibəsi bu iki məkanda tüğyan edirdi. Bizim alimlərimiz sosial şəbəkələrdən didərgin düşüb. Bu alternativ məkan, televiziyalarda onlara yer verilmir, elmsiz adamların əlinə düşüb. Bəziləri küsüb.

Ancaq incimək, küsmək vaxtı deyil. Zəfərimizin substansiallığını var gücümüzlə qorumalıyıq. Bu Zəfər bizə ağrılarla, böyük itkilərlə başa gəlib. Bu Zəfər hər bir fərdi ümidsizlik sindromundan xilas edib. İşğaldan azad olunmuş torpaqlarımıza köçən, təhsil alan, işləyən, hərbi xidmət keçən hər bir şəxs, həm də mənəm. Mən oradayam”.

Aydan Hacı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью