Etibar Əsədli Milan Moda Həftəsində çıxış etdi Video

25.09.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Parisdə yaşayan bəstəkar-pianoçu Etibar Əsədli Milan Moda Həftəsində çıxış edib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoda 10 il əvvəl üzərində işləməyə başladığı layihəni dəb gecəsində təqdim etdiyini bildirib:

“Bu günü düz 10 ildir gözləyirdim. Təsəvvürünüzə gətirə bilməzsiniz, 2016-cı ildə Qobustana getdim və orada nə qədər qavaldaşı varsa, hamısının səslərini yazdım. Dörd yüzdən çox səs yazdım. Düz 10 il keçib. Mən doğru anı gözlədim. Axır ki, düşündüyüm ideyalar yetişdi və arzuladığıma çatdım. Milan Moda Həftəsində ifa etdim.

Bu gün Milan Moda Həftəsində Azərbaycan ruhu var idi. Qavaldaşın səsləri, milli ornamentlərdən və kəlağayılardan ibarət geyimlər. Təqdimat Milanın çox qədim, tarixi kilsələrindən birində baş tutdu.

Həqiqətən, qavaldaşımızla, xalçalarımızla, musiqimizlə, muğamımızla, aşıq sənətimizlə fəxr edirəm. Bizim zəngin mədəniyyətimizi saymaqla bitməz.

Özünü azərbaycanlı hiss edən hər kəs bununla fəxr edə bilər və etməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью