Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Expressbank” ASC 2025-ci ilin nəticələri üzrə səhmdarlarına 19 milyon 774 min manat dividend elan edib.
Bu, 2024-cü illə müqayisədə 6,2 dəfə çoxdur.
Məlumata görə, bank 2024-cü ildə 3 milyon 202 min manat dividend elan etmişdi. Beləliklə, 2024-2025-ci illər üzrə elan edilmiş dividendlərin ümumi məbləği 22 milyon 976 min manat təşkil edib.
Bundan başqa, 2024-cü ildə bank səhmdarlarına faktiki olaraq 8,664 milyon manat dividend ödəmişdi. Bu məbləğin 5,462 milyon manatı əvvəlki dövrlərdən 2024-cü ilin əvvəlinə qalmış dividend öhdəliyi, 3,202 milyon manatı isə həmin il elan edilmiş dividend olub.
Beləliklə, 2024-cü ilin əvvəlindən 2026-cı ildə son qalıq ödənilənədək səhmdarlara faktiki olaraq ümumilikdə 28 milyon 438 min manat dividend ödənilib. Bunun 5,462 milyon manatı əvvəlki dövrlərdən qalan borc, 22,976 milyon manatı isə 2024 və 2025-ci illər üzrə elan edilmiş dividendlərdir.
“Expressbank”ın ən böyük səhmdarı 48,78% payla “AZENCO Group” MMC-dir. Bankın 30,85%-i “Enerqoservis” MMC-yə, 19,99%-i Hafiz Seyidova, 0,38%-i isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.
Səhmdarların paylarına uyğun hesablandıqda, 2025-ci il üzrə 19,774 milyon manat dividendin təxminən 9 milyon 646 min manatı “AZENCO Group”un, 6 milyon 100 min manatı “Enerqoservis”in, 3 milyon 953 min manatı Hafiz Seyidovun, 75 min manatı isə AYNA-nın payına düşüb.
2024 və 2025-ci illər üzrə elan edilmiş dividendlər birlikdə götürüldükdə isə “AZENCO Group”un payına təxminən 11 milyon 208 min manat, “Enerqoservis”in payına 7 milyon 88 min manat, Hafiz Seyidovun payına 4 milyon 593 min manat, AYNA-nın payına isə 87 min manat düşür.
Qeyd edək ki, mediada yayılan məlumatlarda “Expressbank”ın, həmçinin onun əsas səhmdarı “AZENCO Group”un “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə aid olduğu bildirilir. Qarşı tərəf isə bunu indiyə kimi təkzib etməyib.
Xatırladaq ki, “Expressbank” 1992-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 112,545 milyon manatdır. (Plat.az)
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bu, 2024-cü illə müqayisədə 6,2 dəfə çoxdur.