525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Avtomobil alanda qanunun tələblərinə əməl edilməlidir. Etibarnamə ilə avtomobil almaq bir qədər təhlükəlidir”.
Bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a söyləyib. O qeyd edib ki, əgər qarşı tərəf verdiyi etibarnaməni ləğv etsə, ciddi problemlər ortaya çıxacaq. Pul da batacaq, maşın da alan adamın əlində qalacaq:
“Bu gün avtomobil alınır və əvəzində baş etibarnamə verilir. Etibarnamə avtomobili idarə etmək üçün verilir. Biz sürücülərə dəfələrlə tövsiyyə edirik ki, avtomobil alanda qanunun tələblərinə əməl etsinlər. Yol polisinə gedib alqı-satqı edərək, avtomobili öz adlarına keçirtsinlər”.
Sevinc QARAYEVA