Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avtomobillə bağlı sürücülərin tez-tez qarşılaşdığı suallardan biri də sürmə etibarnaməsi əsasında nəqliyyat vasitəsini texniki baxışdan keçirməyin mümkün olub-olmamasıdır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bu məsələyə aydınlıq gətirib.
Ekspert bildirib ki, sürmə etibarnaməsi olan şəxs avtomobili idarə etmək hüququna malikdirsə, həmin nəqliyyat vasitəsini texniki baxışdan da keçirə bilər.
Rüfət Əmiraslanovun sözlərinə görə, sürücülər bu məsələ ilə bağlı çoxsaylı suallar ünvanlayırlar. O qeyd edib ki, avtomobili idarə etmək üçün etibarnaməsi olan şəxsin nəqliyyat vasitəsini texniki baxışa təqdim etməsi mümkündür.
Beləliklə, avtomobilin texniki baxışdan keçirilməsi üçün mütləq nəqliyyat vasitəsinin mülkiyyətçisinin şəxsən iştirak etməsi tələb olunmur. Bununla belə, konkret halda etibarnamənin əhatə etdiyi səlahiyyətlərin və qüvvədə olan qanunvericiliyin tələblərinin nəzərə alınması vacibdir.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://player.bax.tv/embed/227838.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler