Icma.az bildirir, Milli.az portalına istinadən. Etibarnamə veriləndə də rüsum ödənilir, həmin etibarnamə ləğv ediləndə də...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, lakin bundan əksər vətəndaşın xəbəri yoxdur.
Son zamanlar elə sosial şəbəkələrdə də bu məsələ ciddi müzakirələrə səbəb olub.
Belə ki, sürücülər deyirlər ki, avtomobillər üçün etibarnamə verildikdə rüsum ödəyirlər.
Sonra həmin avtomobil satıldıqda və ya başqasının adına keçdikdə yenə də etibarnamələr vətəndaşın adında qalır.
Hətta avtomobil başqa ölkəyə göndərilsə, dövlət qeydiyyat nişanı dəyişsə də, sistemdə etibar edilən əmlak kimi göstərilir.
Etibarnamənin ləğv edilməsi üçün isə əlavə 8 manat 50 qəpik ödəniş tələb olunur.
Hüquqşünaslar isə deyir ki, qanunvericilikdə rüsumla bağlı hər hansı müddəa əksini tapmayıb.