“Etimadı doğrultmaq üçün səbirsizlənirəm” Mahir

25.06.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Almaniya təmsilçisi “Kayzerslautern”ə transfer olunan Azərbaycan millisinin hücumçusu Mahir Emreli açıqlama verib.

Futbolpress.az xəbər verir ki, klubun saytına danışan fovard bunları deyib:

“Kayzerslautern” böyük kollektivdir. Almaniyada karyerama başlamazdan əvvəl bu komandanı tanıyırdım. Ötən mövsüm “Nürnberq”in heyətində çıxış edərkən “Kayzerslautern”in stadionunun atmosferi və azarkeşləri ağlımda qalmışdı. Mənə güvənən hər kəsə təşəkkür edirəm. Etimadı doğrultmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm”.

Mahir II Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью