Ətin qiyməti 21 manata qalxdı

22.10.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bakıda bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb.

Axar.az Unikal-a istinadla xəbər verir ki, əvvəl 19-20 manata satılan sümüksüz ət indi 21 manata qədər bahalaşıb. Sümüklü mal əti isə 19 manatdır.

Satıcıların sözlərinə görə, bahalaşmanın səbəbi kimi danaların azlığı göstərilir. Satıcılar bildirirlər ki, hazırda bazarlarda qoyun ətinin də qiyməti 21 manatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью