Ətin qiyməti ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR “Yaxın iki ayda...”

23.06.2025

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə bu ilin yanvar-may aylarında Azərbaycana 19 min 935 ton ət idxal edilib.
 

Bu həcmdə ətin dəyəri 41 milyon 132 min ABŞ dollar olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 242 ton (10,1 %), dəyər baxımından isə 7 milyon 320 min ABŞ dolları (15,1 %) azdır.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

Bəs, bu azalmanın səbəbi nədir?
 

Sfera.az xəbər verir ki, suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında deyib ki, havalar isindikcə ət istehlakı azalır:

“Artıq bu sınanılmış bir ənənədir. Bu il də istisna deyil. Üstəlik nəzərə alaq ki, iyunun 26-da Məhərrəmlik ayı başlayır. Bu ayda toylar və el şənlikləri olmadığı üçün ətə tələbat xeyli azalır.


Ən azı yaxın 2 ayda ətin qiyməti bir qədər aşağı düşəcək. Bu həm Məhərrəmlik ayı, həm də isti havalarla bağlıdır. Payız aylarında isə qiymətlərdə artım müşahidə oluna bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью