Ətin qiymətinin kəskin bahalaşmasının səbəbi nədir? | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat verir. “Azərbaycanda ümumiyyətlə heyvandarlıq məhsullarının qiymətinin bahalaşması məhsul qıtlığ
Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib.
Akif Nəsirli sözlərinə belə davam edib: “Ölkədə heyvandarlıq bir küncə sıxışdırılıb.
Ona görə də ölkə daxilində heyvandarlıqla məşğul olmaq istəyən yoxdur. Günü-gündən bu sahə tənəzzülə uğrayır. Ona görə də istehsal azalır.
İstehsal azaldıqca bazara təklif azalır, təklif azaldıqca tələb onu üstələyir və qiymətlər bahalaşır.
Qarşıdakı aylarda hesab edirəm ki, proseslər bu cür getsə bu bahalaşma daha da kəskinləşəcəkdir.
Çünki artıq soyuq aylar başlayıb, ətə tələbat çoxalıb, müxtəlif səbəblərdən həm havanın sərinliyi, həm toylar, restoran mövsümünün başlanması və s.
bunlar hamısı ətə tələbatı artırır. Ona görə də təklif tələbi ödəyə bilmir. Təklif tələbi ödəyə bilmədiyinə görə də qiymətlər bahalaşır.
Tam oxu
Xəbəri oxu