Ətir alarkən aldanmayın Qoxunun necə dəyişdiyini izləyin | Icma.az
Icma.az, Sfera.az portalına istinadən məlumat verir. Ətir insanın xarakterini və zövqünü əks etdirən incə bir detaldır.
Gündəlik həyatda özümüzü daha inamlı və cəlbedici hiss etməyimizə kömək edir.
Lakin bazarda minlərlə çeşid arasında keyfiyyətli ətiri seçmək bəzən çətin ola bilər.
Düzgün seçim üçün bəzi vacib nüanslara diqqət yetirmək lazımdır.
Sfera.az keyfiyyətli ətir seçmək üçün diqqət edilməli əsas məqamları sizinlə bölüşür: Əsl ətirlərdə "essential oils" və ya "natural ingredients" ifadələri olur.
Qoxunun davamlılığı: Ətirin qalıcı olması, onun tərkibindəki maddələrin keyfiyyətindən xəbər verir.
Təbii qoxu dəyişimi: Keyfiyyətli ətirlər vaxt keçdikcə qoxusunu dəyişərək üst, orta və baza notlara bölünür.
Flakon və marka: Brendin tanınmışlığı və qablaşdırma keyfiyyəti də vacib ipuclarıdır.
Tam oxu
Xəbəri oxu