Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Belçikada ACV-CSC, FGTB-ABVV və SYNOVA həmkarlar ittifaqlarının çağırışı ilə təşkil olunan aksiya Baş nazir Bart De Veverin rəhbərlik etdiyi hökumətin pensiya, əməkhaqqı və iş şəraiti ilə bağlı islahatlarına qarşı keçirilən ardıcıl etirazların on birincisidir. Dünən saat 10:00-da etirazçılar Brüssel-Şimal vağzalının qarşısında toplaşaraq, saat 11:00 radələrində Brüssel-Cənub vağzalına doğru yürüş ediblər. Polisin məlumatına görə, saat 09:00-dan 15:00-dək bir sıra yollar və tunellər bağlı qalıb. Hava naviqasiya xidməti “Skeyes”in bir qrup dispetçerinin tətilə qoşulması səbəbindən saat 07:00-dan 21:00-dək Brüssel və Şarlerua hava limanlarında bütün gediş-gəliş reysləri ləğv edilib.
XQ