Etiraz keçirmək istədilər, ildırım vurdu

26.01.2026

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Braziliyanın paytaxtı Braziliyada keçmiş prezident Jair Bolsonaronun tərəfdarları yürüş keçirib. Lakin təbiət hadisəsi insanları xəstəxanalıq edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup etirazçını ildırım vurub. 

"İzdihama ildırım düşüb, çoxlu insan yıxılıb və nə baş verdiyini anlamadan xaotik şəkildə qaçmağa başlayıblar.  72 nəfərə tibbi yardım göstərilib, 30-a qədər nümayişçi təcili olaraq xəstəxanaya yerləşdirilib, onlardan səkkizinin vəziyyəti ağırdır. İnsanlar bədənlərinin müxtəlif yerlərində yanıqlar alıb və baş ağrılarından şikayətlənirlər", - KİV yazıb. 
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью