Etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər

21.10.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Albaniyanın Baş naziri Edi Rama etiraz aksiyalarında iştirak edən tələbə və müəllimləri dialoqa çağırıb.

Edi Rama hökumətin etirazçılarla danışıqlara hazır olduğunu bildirib.

Baş nazirin ofisinin qarşısına etirazçılarla görüşə hazır olduqlarını nümayiş etdirmək məqsədilə bir neçə stul qoyulub. Lakin tələbə və müəllimlər bu təklifi rədd edərək stulları kənara atıb və hökumət əleyhinə şüarlar səsləndirməyə davam ediblər.

Baş nazir etirazçıların reaksiyasına münasibət bildirərək "Dialoq. Bəs kiminlə?" sualını ünvanlayıb.

Qeyd edək ki, Tiranada tələbələrin etirazları artıq səkkiz gündür davam edir. Etirazçılar universitetlərdə təhsil şəraitinin yaxşılaşdırılmasını, ali təhsil xərclərinin azaldılmasını, tələbələrə daha çox maliyyə dəstəyinin göstərilməsini və məzun olduqdan sonra iş imkanlarının yaxşılaşdırılmasını tələb edirlər. Onlar həmçinin siyasi tələblər irəli sürərək, ilk növbədə, hökumətin istefasına çağırış edirlər.

///report///

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью