Etirazçılar parlament binasından uzaqlaşdırıldı KONKRET

03.12.2024

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Gürcüstanda mitinq iştirakçıları Rustaveli prospektinin parlament binasının yerləşdiyi hissəsindən uzaqlaşdırılıb.

KONKRET.az APA-ya istinadən bildirir ki, xüsusi təyinatlılar aksiya iştirakçılarını Çiçinadze və Çitadze küçələrindən də çıxarıblar.

Mitinq iştirakçılarının bir hissəsi Aleksandrovi bağına, qalanı isə metronun Rustaveli stansiyası istiqamətinə hərəkət edib.

Parlamentin qarşısındakı əraziyə xüsusi təyinatlılar tam nəzarət edir.

Xüsusi təyinatlılar bir müddət əvvəl Azadlıq meydanından Rustaveli prospekti istiqamətində hərəkətə keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью