Etirazçılar Rustaveli prospektini bağladı

29.12.2024

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisidə müxalifət artıq 31-ci gündür ki, etiraz aksiyası keçirərək şəhərin mərkəzi küçələrini, o cümlədən Rustaveli küçəsini bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün axşam Gürcüstan parlamentinin binası yaxınlığına toplaşan müxalifətçilər "İstefa" şüarı səsləndiriblər. Mitinqə bir neçə yüz adam toplaşıb.

Bir neçə etirazçı saxlanılıb .

Dekabrın 14-də Gürcüstanda yeni sistemlə prezident seçkiləri keçirilib. Seçkilərdə "Gürcü arzusu" partiyası qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью