Etirazçılar Serbiyanın şimalında üç körpünü bağlayıblar

01.02.2025

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Etirazçı tələbələr Serbiyanın Novi Sad şəhərində üç körpünü bağlayıblar.
Demokrat.az
xəbər verir ki, bu barədə Srbija Danas məlumat yayıb.
Portalın məlumatına görə, tələbələr saat 15:00-dan Azadlıq körpüsü, Varadin körpüsü və Jezhelev körpüsünün qarşısını kəsiblər. 
Şəhərdə baş verən faciədən 3 ay sonra keçirilən aksiyada Belqrad tələbələri də iştirak edir. Onlar vağzal binasına gül dəstələri düzüblər və 24 saat ərzində Azadlıq körpüsündə nəqliyyatın hərəkətini dayandırmağı planlaşdırırlar.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью