Etirazçılarla dialoq oldu, razılığa gəldik Əraqçi

12.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

İrandakı ümumxalq etirazlarının yatırılmasından sonra vəziyyət tam nəzarət altına alınıb.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O bildirib ki, dekabrın 28-dən 30-na qədər etirazlar tamamilə dinc olub və aksiyaçıların əksəriyyəti ticarətçilər olub.

“Bu müddət ərzində etirazlarçılar dinc yolla öz haqlı tələblərini bəyan edirdilər. İlk mərhələdə, bu üç gündə etirazçılarla hökumət arasında dialoq baş tutdu və etirazlar demək olar, sona çatmaq nöqtəsində idi”, – Əraqçi bildirib.

Nazir etirazların güclənməsində üçüncü tərəflərin roluna eyham vurub.

Safura Bənnayeva
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью