Etirazlar başladı: Epşteyn işindən kimlərin adı çıxarılıb?

10.02.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Nümayəndələr Palatasının demokrat üzvləri pedofil maliyyəçisi Cefri Epşteynin cinayətlərində iştirak edə biləcək onlarla şəxsin adının Ədliyyə Nazirliyinin sənədlərindən çıxarıldığını bildirblər. 

“Cebheinfo.az” xəbər verir ki, onlar bu açıqlamanı Epşteyn işi üzrə redaktə olunmamış materialları nəzərdən keçirdikdən sonra veriblər.

Florida ştatından olan konqresmen Cared Moskoviç dünyada qız qaçaqmalçılığı ilə məşğul olan cinayətkarın işində çox sayda ada rast gəlib. 

Merilend ştatından olan demokrat konqresmen Ceymi Raskin isə deyib: 

"Biz məlumatların redaktə olunmasını istəmirdik. Lakin bu gün bəzi insanların adlarının redaktə edildiyi çoxsaylı nümunələr gördüm. Adı gizlədilənlər qurbanlar deyil".

 O əlavə edib ki, Ədliyyə Nazirliyi adların qismən redaktə edilməsinin səbəblərini izah etməyib, lakin bu vəziyyət ona şübhəli görünüb.

ABŞ Nümayəndələr Palatasının üzvü, Virciniya ştatından olan demokrat  Ceyms Uokinşou Ədliyyə Nazirliyindən izahat tələb edib.

"Mən bir çox ad görmüşəm, o cümlədən Cefri Epşteynə göndərilən və elektron poçtlardakı adlar. Görünür, bu şəxslər cinayətlərdə iştirak ediblər və ya heç olmasa, onun haqqında məlumatlı olublar. Onların qanun çərçivəsində niyə həbs olunduğunu izah edə bilmirəm", - deyə o CNN-də bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью