Etirazlar səbəbindən Milan küçələrinə 500 hərbçi göndərildi

20.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İtaliya hökuməti Milanda baş verən kütləvi etirazlar və iğtişaşlardan sonra şəhərdə təhlükəsizlik tədbirlərini sərtləşdirməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Baş nazirin müavini Matteo Salvini Milanın təhlükəsizliyini təmin etmək üçün əlavə 500 hərbçinin göndəriləcəyini açıqlayıb.

Etirazlar ictimai xidmətlərin vəziyyəti və yaşayış xərclərinin artması ilə bağlı narazılıqlar fonunda başlayıb. Aksiyalar zamanı nümayişçilərlə polis arasında qarşıdurmalar yaşanıb, bəzi mağazalar qarət edilib.

Şəhərin mərkəzində yerləşən bir sıra məşhur brendlərin mağazaları fəaliyyətini müvəqqəti dayandırıb.

Məlumata görə, bazar günü baş verən iğtişaşlar zamanı 271 nəfər polis bölmələrinə aparılıb, onlardan 32-si həbs edilib.

Hökumətin yeni təhlükəsizlik tədbirlərini müzakirə edəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью