Etirazlar zamanı 21 polis yaralanıb

02.12.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 1-2-də Tbilisidə keçirilən etirazlar zamanı 21 polis yaralanıb. SİA xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Qurumun məlumatına görə, son aksiyalar zamanı ümumilikdə 113 polis xəsarət alıb, onların 4-ü hələ də xəstəxanadadır.

DİN aksiya iştirakçılarını qanunu pozmamağa və polisin göstərişlərini yerinə yetirməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью