Etirazlara görə Luvr bağlandı

20.10.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyi tələbə etirazları səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.

Axşam.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Oktyabrın 19-da səhər saatlarında Luvr Məktəbinin tələbələri muzeyin girişini bağlayaraq etiraz aksiyası keçiriblər. Bu səbəbdən muzey ziyarətçilərin üzünə açılmayıb.

Muzey rəhbərliyi aksiyanın birbaşa Luvrun fəaliyyəti ilə əlaqəli olmadığını bildirib.

Qeyd edək ki, şagird və tələbələrin etirazları qiymət bahalığı və təhsilin yaxşı olmaması ilə bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью