Etirazlara görə paytaxtda mobil interneti söndürdülər

23.07.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hindistan hakimiyyəti yerli sakinlərin kütləvi etirazları fonunda Nyu-Dehlinin mərkəzində mobil internet xidmətlərinin müvəqqəti söndürülməsi barədə göstəriş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, müvafiq tapşırıq yerli telekommunikasiya şirkətlərinə daxil olub. Qərarın ictimai qaydanı təmin etmək məqsədilə qəbul edildiyi bildirilir.

Qeyd edək ki, iyulun 20-də “Cockroach Janta Party” (CJP) gənclər hərəkatı tərəfindən təşkil edilən icazəsiz “Chalo Sansad” yürüşündən sonra Nyu-Dehlidə gərginlik davam edir. On minlərlə etirazçı parlament binasına doğru yürüş edərək təhsil naziri Dxarmendra Pradhanın istefasını və dövlət imtahanları sistemində islahatların aparılmasını tələb edib.

Britaniyanın “Financial Times” qəzeti isə yazır ki, on minlərlə insanın küçələrə axışması ilə nəticələnən etirazların gözlənilməz miqyası və polisin sərt müdaxiləsinə reaksiya Baş nazir Narendra Modi və onun rəhbərlik etdiyi “Bharatiya Janata Party” (BJP) üçün artan siyasi riskə çevrilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью