Etirazlardan sonra: İranlı nazirin Davosdakı çıxışı lğv edildi

19.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Davosda keçirilən Dünya İqtisadi Forumu etirazlar fonunda İran xarici işlər naziri Abbas Əraqçinin çıxışını ləğv edib.

“Cebheinfo.az” xəbər verir ki, rəsmi proqrama görə, onun çıxışı 20 yanvar günortadan sonraya planlaşdırılmışdı. Məlumata görə, bazar günü onun adı natiq kimi qeyd olunsa da, bazar ertəsi səhəri forumun veb saytından yoxa çıxıb.

Təşkilatçılar İsveçrənin "20 Minuten" qəzetinə İran xarici işlər nazirinin Davosa qatılmayacağını təsdiqləyiblər. Nazirlik izah edib ki, Əraqçi 2025-ci ilin payızında tədbirə dəvət olunmuşdu: “Lakin İranda etirazlar nəticəsində ölənlərin sayına görə İran hökumətinin bu il forumda təmsil olunması uyğun deyil".

"20 Minuten"in məlumatına görə, planlaşdırılan çıxışla bağlı xəbər sosial mediada tənqid dalğasına səbəb olub.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью