Etirazların fenomeni “Pikaçu” ilk dəfə danışdı

29.03.2025

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı Antalya şəhərindəki etirazlarda “Pikaçu” kostyumu ilə polisdən qaçan etirazçı sosial mediada müzakirələrə səbəb olub.
Yeniavaz.com
“Sözcü” qəzetinə istinadla xəbər verir ki, CHP Antalya millət vəkili Aykut Kaya etirazların fenomeni “Pikaçu” ilə görüşüb.
Kaya etirazçıya bu ideyanın onun ağlına haradan gəldiyini soruşub.
“Son vaxtlar ölkəmizdə baş verən gərgin hadisələrlə əlaqədar ağlıma belə bir fikir gəldi. Gərginliklərini bir az da olsa, azaltmaq və dostlarıma dəstək olmaq üçün bura gəldim. Əgər vətəndaşlarımızın üzündə az da olsa, təbəssüm yarada bilmişəmsə, nə xoş mənə”, - deyə “Pikaçu” cavab verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью