Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
“Zorakılığın əsas mənbəyi partiya ofisləri idi və biz bu ofislərə daxil olub müvafiq zorakılıq vasitələrini götürən kimi zorakılığa dərhal son qoyuldu”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, baş tutmamış “Maydan”ın arxasında yalnız siyasi partiyaların dayandığı ötən gün tam olaraq təsdiqləndi.
“Partiyaların zorakı qruplaşmaları üçün artıq resurs qalmayıb. Zorakılıq mənbəyi aradan qaldırılandan sonra Daxili İşlər Nazirliyinin reaksiyasına ehtiyac qalmadı”, - İ.Kobaxidze söyləyib.