ETN vətəndaş müraciətlərinin statistikasını AÇIQLADI

19.10.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 36 950 vətəndaş müraciəti daxil olub.

Redaktor.az xəbər verir ki, müraciətlərin 21 736-sı çağrı mərkəzləri, 6 806-sı elektron, 1 581-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 827 müraciət qeydə alınıb.   

Müraciətlər şagirdlərin elektron yerdəyişməsi, xarici diplomların tanınması, əlavə təhsil, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью