Etna vulkanı aktivləşib

10.02.2025

Icma.az, Ayna saytına istinadən bildirir.

Vulkanın “Yeni ağız” kraterindən lava axını müşahidə edilib

Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb.

AYNA xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın cənubunda, Siciliya adasındakı vulkanın “Yeni ağız” adlı kraterindən lava axını müşahidə edilib.

Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb.

Vulkanda sonuncu dəfə lava axını ötən ilin sentyabrında baş vermişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью