Etna vulkanı oyanıb

04.04.2025

Icma.az bildirir, Ayna portalına istinadən.

Siciliya adasındakı vulkan kül və lava püskürməyə başlayıb

Avropanın ən hündür və aktiv vulkanı olan Etna yenidən oyanıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkan kül və lava püskürməyə başlayıb. Vulkanın cənub-şərqindəki kraterdən güclü lava axını müşahidə olunub.

Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın şərqində böyük əraziyə yayılıb.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun Kataniya bölməsi bölgədə hava nəqliyyatı üçün xüsusi qırmızı kod xəbərdarlığı edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью