525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyanın Siciliya adasında yerləşən və Avropa qitəsindəki ən yüksək vulkan kimi tanınan Etna püskürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, püskürmə orta və ritmik partlayış kimi qeydə alınıb.
Vulkan püskürməsi Kataniya Hava Limanında uçuşlarda fasilələrə səbəb olub. Hava nəqliyyatı üçün qırmızı həyəcan siqnalı verilib. Püskürmənin baş verdiyi kraterdə aktivliyin və təhlükənin davam etdiyi bildirilib.
İbrahim Cəfərov