Eto O yenə La Liqada

23.02.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

La Liqada yenə Eto'O çıxış edir.

İdman.biz xəbər verir ki, karyerasına "Real Madrid"də başlayan, sonra "Malyorka" və "Barselona"da çıxış edən məşhur kamerunlu futbolçu Samuel Eto'Onun oğlu Etyen “Rayo Valyekano”nun əsas komandasında debüt edib.

22 yaşlı forvard evdə “Vilyarreal”a 0:1 hesabı ilə uduzduqları oyunun 87-ci dəqiqəsində meydana çıxıb.

2024-cü ilin yayında "Rayo Valyekano"ya keçən Etyen Eto'O bu mövsüm klubun B komandasının heyətində İspaniyanın 3-cü liqasında 21 oyunda 17 qol vurub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью