Etoo İnfantinonu dəstəklədi: Ona səs verəcəyəm

11.09.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etoo FİFA prezidenti Canni İnfantinoya qarşı son tənqid dalğasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, veteran futbolçu beynəlxalq qurumun başçısının yenidən prezident seçilməsini dəstəklədiyini açıqlayıb.

"France24" Etoonun dediklərini belə çatdırıb: 

"Əgər Kamerun Futbol Federasiyasının prezidenti olaraq qalsam, Afrika futbolu üçün etdiyi hər şeyə görə Canni İnfantinoya səs verəcəyəm. O, Afrikaya çox yaxşılıq etdi".

Qeyd edək ki, İnfantino 2026-cı ilin yayında "FIFA Forward Enterprise" adlı kommersiya qurumu yaratmağı və səhmlərin 20 faizinə qədərini DÇ-nin kommersiya hüquqlarına nəzarət edəcək özəl investorlara satmağı təklif edib. Təşəbbüs UEFA, KONKAKAF, AFC və KONMEBOL tərəfindən kəskin etirazla qarşılanıb. Sərt tənqidlərdən sonra İnfantino layihədən imtina edib.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью