Ətraf Mühit Nazirliyi “X”dan imtina edib

18.01.2025

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Nazirlik İlon Maskın sosial şəbəkəsində paylaşım etməyəcək

Almaniyanın Ətraf Mühit Nazirliyi milyarder İlon Maskın “X” sosial media hesabında paylaşımlar etməyi dayandıracaq. AYNA xəbər verir ki, bu barədə “Tagesschau” portalı nazirliyin Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

"Federal Ətraf Mühit Nazirliyi “X” platformasında fəaliyyətini dayandırıb. Bununla belə, nazirliyin hesabı qalacaq", - nazirliyin sözçüsü jurnalistlərə bildirib.

Səbəb kimi “aşağı müzakirə mədəniyyəti” göstərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью